Azərbaycan Çexiya şirkətləri ilə yeni layihələr üzərində işləyir.
"MemurTv.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Çexiya şirkətləri ilə əməkdaşlıq getdikcə daha praktik sənaye və investisiya layihələrinə doğru irəliləyir: "Škoda Qrupu" ilə bəzi layihələr üzrə davam edən işləri nümunə göstərmək olar. Buraya Ağdam quşçuluq layihəsi çərçivəsində "Agrotech Qrupu" ilə əməkdaşlıq daxildir".
Y.Abdullayev qeyd edib ki, bu yanaşma sentyabr ayında Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda da öz əksini tapıb: "Forumda 70-ə yaxın ölkədən 3 000-dən çox iştirakçı bir araya gəlib, müxtəlif sektorlar üzrə ümumilikdə təxminən 11 milyard ABŞ dolları dəyərində 23 sənəd mübadiləsi aparılıb".
Yusif Abdullayev: "Azərbaycan Çexiya şirkətləri ilə yeni layihələr üzərində çalışır"
sosial sebeke

















