"Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda panel müzakirələrinin beşincisi oktyabrın 12-də Şimali Kiprin paytaxtı Lefkoşada keçiriləcək.
"MemurTv.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, beşinci dəfə təşkil olunacaq müzakirələrdə təhsil, iqtisadiyyat, nəqliyyat, energetika, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində mövcud əməkdaşlıq imkanları dəyərləndiriləcək.
Panelin əsas məqsədləri sırasında Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal miqyasda görünürlüyünün artırılması, Türk dünyasının ortaq baxışının müxtəlif ictimaiyyətlərə çatdırılması, eləcə də ölkələr arasında akademik, mədəni və sosial əlaqələrin gücləndirilməsi yer alır.
Müzakirələr daha əvvəl Astana (Qazaxıstan), Bakı (Azərbaycan), Daşkənd (Özbəkistan) və Bişkekdə (Qırğızıstan) keçirilirdi.
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
sosial sebeke

















