Bu gün Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun doğum günüdür

sosial sebeke

Bu gün Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun doğum günüdür
Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Süleyman oğlu Eyvazovun doğum günüdür.
Bu əlamətdar gün münasibətilə Memur.az informasiya portalının rəhbərliyi və kollektivi adından hörmətli Vilayət Süleyman oğlu Eyvazovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, möhkəm can sağlığı və Azərbaycan Respublikasının daxili təhlükəsizliyinin, hüquq qaydasının və ictimai asayişin təmin olunması istiqamətində həyata keçirdiyi məsuliyyətli dövlət fəaliyyətində yeni uğurlar arzulayırıq.
General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarında keçdiyi uzunmüddətli və şərəfli xidmət yolu, yüksək peşəkarlığı, prinsipiallığı və dövlətə sədaqəti ilə seçilən rəhbərlərdən biridir. Onun rəhbərliyi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində mühüm nəticələr əldə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin daxili təhlükəsizlik sahəsində ardıcıl və uğurla həyata keçirilməsində Daxili İşlər Nazirliyinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə sabitliyin, qanunun aliliyinin və vətəndaş təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Bu əlamətdar gün münasibətilə Yol-xeber.az informasiya portalının rəhbərliyi və kollektivi hörmətli Vilayət Süleyman oğlu Eyvazovu bir daha təbrik edir, ona möhkəm cansağlığı, məsul dövlət fəaliyyətində davamlı nailiyyətlər, Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyi şərəfli xidmətində yeni uğurlar arzulayır.
Zəruri giriş: Vilayət Süleyman oğlu Eyvazov 1968-ci il iyunun 28-də Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.
Ailəlidir. Üç övladı var.

SON XƏBƏRLƏR