Mingəçevir Şəhər İcra Hakimiyyəti bayram tədbirlərinin təşkili ilə bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az xəbər verir ki, "HIGHLIGHT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Büdcədənkənar vəsait hesabına maliyyələşdiriləcək bu satınalmanın ümumi məbləği 51.111,7 AZN təşkil edir.
Müqavilə şərtlərinə əsasən, qalib şirkət şəhərdə keçiriləcək bayram şənliklərinin və müvafiq mədəni kütləvi tədbirlərin yüksək səviyyədə təşkilini öhdəsinə götürüb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.