• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Misir Mərdanov Artur Rəsizadə ilə bağlı sirləri açdı: “İldə bir, ya iki dəfə...”

Sosial

26-02-2026, 10:34

Misir Mərdanov Artur Rəsizadə ilə bağlı sirləri açdı: “İldə bir, ya iki dəfə...”“Çox rəngarəng və zəngin hadisələrlə dolu həyatımda unuda bilmədiyim insanlar kifayət qədərdir. Bu siyahıda təmkininə, zəkasına, müdrikliyinə, alicənablığına görə yaddaşımda dərin iz buraxmış və ən ön sıralarda yer tutan bir şəxsiyyət var- Artur Rəsizadə!”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov bildirib.

O qeyd edib ki, Etel Lilian Voyniçin məşhur “Ovod” əsərinin qəhrəmanının adını daşıyan bu insan elə Voyniçin Arturu kimi çox keşməkeşli həyat yaşamışdır:

“1935-ci il fevralın 26-da Gəncədə dünyaya gələn, Böyük Hüseyn Cavidin qardaşı nəvəsi, şair Tahir Rəsizadənin oğlu, Lənkəranda orta məktəbi bitirən, əslən Naxçıvanlı olan bu insan öz həyatı ilə Azərbaycanın bütövlüyünün rəmzi olmuşdur, hər kəsə yalnız şəxsi keyfiyyətlərinə, işgüzarlıq xüsusiyyətlərinə, vətənpərvərliyinə, məsuliyyətinə görə dəyər vermişdir. 22 il Baş nazir kimi ən yüksək səviyyələrdə Azərbaycanı və xalqımızı dünyaya ləyaqətlə təqdim və təmsil edən Artur müəllim həm də əsl köhnə kişilərə xas nəcib keyfiyyətləri özündə yaşadan bir insandır. 15 il nazir işlədiyim müddətdə mütəmadi görüşdüyüm bu insandan o qədər kübarlıq, alicənablıq gördüm ki, dostlarım inciməsə deyərdim ki, bəlkə Nazirlər Kabinetinin bütün strukturunda çalışanların hamısında bir yerdə onda olan qədər aristokratiya yox idi. Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir.

Gözü-könlü tox, Azərbaycanda ləyaqət və abır simvolu hesab edilə biləcək Artur Rəsizadə bütün təriflərdən, təltiflərdən yüksəkdə dayanmağı bacaran bir insandır, bir çox həmkarlarından fərqli olaraq ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim.Artur Rəsizadə bütün digər məziyyətləri ilə yanaşı həm də dostluqda, yoldaşlıqda çox etibarlı, sədaqətli insandır. Doğrudur, bəzi adamlardan fərqli olaraq, “hamı onun əzizi deyil”, hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi ətrafında şirin söhbətlər edir. Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rəsizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı dünya ədəbiyyatının klassikləri - Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq.

Belə insandır, hələ 36 yaşında -1971-ci ildə SSRİ Dövlət mükafatı kimi o dövrün ən yüksək fəxri adının, müstəqil Azərbaycanın “Heydər Əliyev”, “İstiqlal”, “Şərəf”, “Şöhrət”, “Xalqlar dostluğu”, "Vətənə xidmətə görə" birinci dərəcəli ordenlərin laureatı olan, 22 il Baş nazir işləyən, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olmayan, sadə və təvazökar həyat yaşayan Artur Rəsizadə! Ancaq bu şəxsiyyəti yaxından tanıyanların ürəyində böyük bir abidəsi var. Əmisi Hüseyn Cavidin abidəsinə oxşayan möhtəşəm, bir qədər də dünyanın işlərinə gülümsəyən, tamahkarlara məəttəl qalan, “adamlar bu qədər yığdıqlarını hara aparacaqlar?!” ritorik sualını düşünərək başını aşağı salmış bir abidə...

Bu gün onun 91 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rəsizadəni doğum günü münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə cansağlığı və yeni yubileylər arzulayıram”.

Paylaş:
Digər xəbərlər

Müsahibə

20-02-2026, 10:32

“Atamla bir-birimizin işinə qarışmırıq” - Yaqub Məmmədovun oğlu ilə MÜSAHİB ...

Mədəniyyət

12-12-2025, 16:23

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi - ŞƏRH

Siyasət

24-10-2025, 00:16

Hər zərrəsində işıq: 40 illik müəllimlik zirvəsi

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Siyasət, Mədəniyyət

24-12-2024, 08:45

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Siyasət

24-12-2023, 12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Mədəniyyət

26-08-2023, 23:52

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
Son xəbərlər
  • Bu gün, 14:56
    Türkiyə və Gürcüstanın din xadimləri Naxçıvanda səfərdədir
  • Bu gün, 14:53
    Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
  • Bu gün, 11:35
    "Bakı Marafonu 2026" start götürüb
  • Bu gün, 11:29
    Ərdoğan: Türkmanlar Türkiyə ilə İraq arasında əlaqələrin əhəmiyyətli ünsürüdür
  • Dünən, 15:50
    Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər
  • Dünən, 10:56
    MM Komissiyası: Ermənipərəst dairələr dezinformasiya vasitəsilə Ermənistanla Azərbaycan arasında kövrək sülh prosesinə zərbə vurmağa çalışır
  • Dünən, 10:53
    Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub
  • 1-05-2026, 16:29
    Prezidentin köməkçisi: Azərbaycan regionda sülhün möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcək
  • 1-05-2026, 16:29
    Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması layihəsi icra olunur
  • 1-05-2026, 16:28
    Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • 1-05-2026, 16:27
    "Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
  • 1-05-2026, 10:40
    Bakıda II Beynəlxalq Xalça Festivalı keçirilir
  • 1-05-2026, 10:32
    Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir
  • 1-05-2026, 10:31
    NDU – Pekin Kimya Texnologiyaları Universiteti əməkdaşlığı yeni mərhələyə qədəm qoyur: Süni İntellekt Mərkəzi yaradılır
  • 1-05-2026, 10:30
    Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
  • 1-05-2026, 10:25
    Hərbi vəzifəlilərə atəş, taktiki, sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilib
  • 1-05-2026, 10:24
    Kanada - Azərbaycan münasibətləri dərinləşdiriləcək
  • 1-05-2026, 10:23
    Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
  • 30-04-2026, 22:45
    Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilir
  • 30-04-2026, 11:58
    İlham Əliyev:Uğurları,Karyera-ƏN SON
  • 30-04-2026, 10:39
    Abşeron Rayon Polis İdarəsi: İctimai Asayişin və Yol Təhlükəsizliyinin Keşiyində
  • 30-04-2026, 10:29
    İsmayıllı şəhərində "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası açılıb
  • 30-04-2026, 10:19
    Tehran Vaşinqtona növbəti eskalasiyadan çəkinmək barədə xəbərdarlıq edib
  • 30-04-2026, 10:18
    Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub
  • 30-04-2026, 10:17
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 11:19
    İqtisadiyyat naziri: "7 illik gəlir vergisi tətili effektiv olub"
  • 29-04-2026, 10:59
    Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin iclası keçirilib
  • 29-04-2026, 10:58
    Azərbaycan məhkəmələrində monitorinqin aparılması qaydaları təsdiqlənib
  • 29-04-2026, 10:57
    Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib
  • 29-04-2026, 10:56
    "Zəyəm Texnologiyalar Parkı"nın səhmdarlarının yığıncağı keçiriləcək
  • 29-04-2026, 10:55
    "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
  • 29-04-2026, 10:53
    "Hizbullah" Livanda İsrailin "Hermes 900" PUA-sını vurub
  • 29-04-2026, 10:50
    Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
  • 28-04-2026, 16:45
    Qəbələ–Oğuz meşələrində dəssiz faciə: Təbiətə qarşı amansızlıq dayandırılmalıdır
  • 28-04-2026, 11:01
    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...