İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni kadr təyinatı olub.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bu barədə agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov əmr imzalayıb.
Əmrə əsasən, Seymur Bayramov İRİA-nın Biznesin İnkişafı və Kommersiya Departamentinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri təyin edilib.
O, bundan əvvəl Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Sahibkarlarla İş və İqtisadi Təhlil Şöbəsinin müdiri vəzifəsində işləyib.