Hyustonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq » Memur.az

Hyustonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq

Hyustonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaqABŞ-nin Texas ştatının Hyuston şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq.

"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə səyyar konsulluq xidməti cari ilin 27 dekabr tarixində baş tutacaq.

Xidmət ABŞ-nin Texas ştatında və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Səfirlik sözügedən səyyar konsulluq xidmətindən yararlanmaq istəyən vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələrini xahiş edir.

Eyni zamanda, bildirilir ki, səyyar konsulluq zamanı müraciət etmək istədiyiniz xidmət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində əldə edilə bilər: www.washington.mfa.gov.az

Əlaqə üçün:

Telefon: +1 (202) 556-9391

Elektron poçt: consul@azembassy.us