Qazaxıstan və İran arasında hökumətlərarası sazişlər paketinin mübadiləsi baş tutub
Sosial
11-12-2025, 15:52
5
"Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tərəflər cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə, həmçinin avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq sərnişin və yük daşımaları haqqında sazişə əlavə və dəyişikliyin edilməsi barədə protokol mübadiləsi aparıblar. Bundan başqa, iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramı təqdim edilib.
Həmçinin 2026-2028-ci illər üçün mədəni mübadilə proqramı və əqli mülkiyyət sahəsində Anlaşma və əməkdaşlıq haqqında memorandum mübadiləsi baş tutub. Nəqliyyat, tranzit və logistika sahələrində strateji əməkdaşlıq haqqında memorandum, eləcə də bir sıra digər sənədlər təqdim edilib.
Bu gün baş tutmuş danışıqların yekunları üzrə prezidentlər Kasım-Jomart Tokayev və Məsud Pezeşkian Birgə bəyanat qəbul ediblər.
