Qızıl Kəngərli kəndində aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrupu formalaşdırılıb
Sosial
Bu gün, 13:43
4
"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasında məlumat verib.
S.Şərifov baş planın təsdiqləndiyi və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrupun formalaşdırıldığını qeyd edib.
Eyni zamanda farmasevtika sahəsində Belarus texnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman və vaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətində müzakirələr yekunlaşma mərhələsində olduğu bildirilib.
