Ərdoğan Balıkesirdəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb
Sosial
Bu gün, 10:46
6
"Report" xəbər verir ki, Türkiyə lideri bu barədə "X" hesabında paylaşım edib.
"Başda AFAD olmaqla, aidiyyəti qurumlarımız sahədə araşdırma və nəzarət işlərini böyük diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik", - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb.
