Sloveniya Azərbaycanla birgə müəssisələrin yaradılması üçün perspektivli sahələri müəyyən edib » Memur.az

Sloveniya Azərbaycanla birgə müəssisələrin yaradılması üçün perspektivli sahələri müəyyən edib

Sloveniya Azərbaycanla birgə müəssisələrin yaradılması üçün perspektivli sahələri müəyyən edibBirgə müəssisələrin yaradılması Sloveniya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın perspektivli formalarından biri kimi nəzərdən keçirilir.

Bunu "Report"a müsahibəsində Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Han (Matjaž Han) deyib.

"Biz energetika - xüsusilə bərpa olunan enerji mənbələri və "yaşıl texnologiya"lar, Sloveniyanın innovativ şirkətlərinin aktiv fəaliyyət göstərdiyi əczaçılıq, maşınqayırma, elektrotexnika, həmçinin logistika və nəqliyyatın idarə edilməsi üçün intellektual həllər və rəqəmsallaşma kimi sahələrdə böyük potensial görürük", - o vurğulayıb.

Nazir qeyd edib ki, "yaşıl iqtisadiyyat" sahəsində əməkdaşlıq, bilik mübadiləsi və texnoloji həllərin birgə işlənib hazırlanması iki ölkə arasında uzunmüddətli və davamlı tərəfdaşlığın formalaşmasına şərait yaradır.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.