Bu gündən BP-nin yeni regional prezidenti vəzifəsinin icrasına başlayıb
Sosial
Dünən, 14:12
4

Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, Ciovanni Kristofoli BP-də 24 illik təcrübəyə malikdir və bu müddət ərzində texniki həllər, əməliyyatlar və iri layihələr sahəsində bir sıra rəhbər vəzifələrdə çalışıb. O, BP-nin Bakı ofisində fəaliyyət göstərəcək və regionda təhlükəsiz və səmərəli enerji təminatına olan öhdəliyimizi davam etdirəcək.
Qeyd edək ki, son 8 ildə şirkətin regiondakı biznesinə Qari Counz rəhbərlik edib. Onun rəhbərliyi dövründə BP regionda bir sıra mühüm uğurlara imza atıb və şirkət tərəfdaşlıqlarını daha da gücləndirib.