ABŞ liderindən Rusiyaya ultimatum: Kremlin avqustun 8-ə qədər vaxtı var
Sosial
1-08-2025, 13:21
19

"Report"un xəbərinə görə, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.
İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib.
“Rusiyanın etdikləri iyrəncdir”, - o deyib.
Tramp həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək niyyətindədir.
"Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq - bilmirəm, o (Putin - red.) sanksiyalardan narahatdır, ya yox. Onların sanksiyalardan xəbəri var. Mən sanksiyalar və tariflər haqqında hamıdan çox bilirəm. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - ABŞ prezidenti vurğulayıb.