Braziliya şirkətləri ABŞ-a neft tədarükünü dayandırıb
Sosial
31-07-2025, 10:07
13

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi Braziliya Neft və Qaz İnstitutunun (IBP) rəhbəri Roberto Ardenqinin bəyanatına istinadən xəbər verir.
Bu həftə ABŞ prezidenti Donald Tramp Braziliyadan idxala yeni tariflərin tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənəddə qeyd olunur ki, bu cür tədbirlər ABŞ-nin maraqlarına təhlükə yarada biləcək hərəkətlərə cavab olaraq qəbul edilib.
IBP Braziliyada fəaliyyət göstərən neft və qaz sektorunun ən böyük oyunçularını təmsil edir. Bunların arasında "Petrobras", "Shell", "TotalEnergies", "ExxonMobil" və "Equinor" var.
Agentliyin məlumatına görə, neft Amerika bazarı üçün Braziliyanın əsas ixrac məhsulu olaraq qalır.