Amerikalı senator: Azərbaycanlı hərbçilər Əfqanıstandan mülki və hərbi şəxslərin təxliyəsində mühüm rol oynayıb » Memur.az

Amerikalı senator: Azərbaycanlı hərbçilər Əfqanıstandan mülki və hərbi şəxslərin təxliyəsində mühüm rol oynayıb

Amerikalı senator: Azərbaycanlı hərbçilər Əfqanıstandan mülki və hərbi şəxslərin təxliyəsində mühüm rol oynayıbAmerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var.

“Report”un məlumatına görə, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Senator Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladıb.

Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğulayıb və buna görə də ayrıca minnətdarlığını bildirdi.