BMT Türkiyənin Rusiya - Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb
Sosial
14-05-2025, 09:31
35
“Report” xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrik “Anadolu” agentliyinə açıqlamasında deyib.
“Türkiyənin münaqişəyə son qoymaq səylərində oynadığı rolu hər zaman yüksək qiymətləndiririk. Mövqeyimiz dəyişməzdir – münaqişənin BMT-nin müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasını istəyirik və bu məqsədə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edirik”, - o bildirib.
O söyləyib ki, görüş planı haqqında detallar konkretləşəndə bu barədə daha ətraflı açıqlama veriləcək.
Qeyd edək ki, mayın 15-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rusiya və Ukrayna rəsmiləri arasında ali səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur. ABŞ rəhbəri Donald Trampın da görüşdə iştirak edəcəyi gözlənilir.
