Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar
Sosial
14-05-2025, 09:30
34
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-ABŞ investisiya forumunda deyib.
"Biz həftəsonu Çinlə sıçrayışlı razılaşma əldə etdik. Xırda detalları razılaşdırmalıyıq", - Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, əldə olunan razılaşmalara uyğun olaraq, Çin öz bazarlarını ABŞ biznesi üçün tam açmağa razılaşıb.
"Hadisələrin inkişafı Pekindən asılıdır", - Tramp vurğulayıb.
