Çin və ABŞ ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər
Sosial
12-05-2025, 09:11
21

“Report” xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Çin və ABŞ tezliklə müvafiq detalları razılaşdıracaq və mayın 12-də danışıqların nəticələrinə dair birgə bəyanat dərc edəcək.
Çin rəsmisinin sözlərinə görə, mayın 10-11-də baş tutan danışıqlar səmimi, dərin və konstruktiv olub və tərəflər mühüm konsensusa nail olub və mühüm irəliləyiş əldə ediblər.