• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB

Sosial

10-05-2025, 13:49

Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verib.

Qeyd edilib ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.

Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.

x x x

Dövlət başçısı kənddə klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Ölkədə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beş otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.

x x x

Sonra dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edib.

10:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Paylaş:
Digər xəbərlər

Siyasət

27-03-2025, 10:54

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin aç ...

Siyasət

18-02-2025, 15:02

Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açıl ...

Sosial

16-09-2024, 10:31

Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib

Siyasət

29-11-2023, 14:32

İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açı ...

Siyasət

30-03-2023, 14:46

İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açı ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 09:50
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Dünən, 09:49
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
17-06-2026, 18:42
Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
16-06-2026, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Son xəbərlər
  • Dünən, 14:07
    “Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
  • Dünən, 09:53
    Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib
  • Dünən, 09:52
    Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
  • Dünən, 09:52
    Xankəndi şəhərinə daha 18 ailə yola salınıb
  • Dünən, 09:51
    Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
  • Dünən, 09:50
    Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
  • Dünən, 09:49
    Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
  • Dünən, 09:48
    İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
  • 18-06-2026, 23:16
    Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır
  • 18-06-2026, 18:39
    “TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
  • 18-06-2026, 18:24
    Sultan Hacıyev keniyalı nazirlə görüşdü
  • 18-06-2026, 18:19
    İlham Əliyev Bakıda açılış mərasimində
  • 18-06-2026, 16:01
    İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
  • 18-06-2026, 14:47
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • 18-06-2026, 14:46
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • 18-06-2026, 10:16
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • 18-06-2026, 10:13
    İlham Əliyev: Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır
  • 18-06-2026, 10:12
    Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
  • 18-06-2026, 10:11
    Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib
  • 18-06-2026, 10:07
    İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • 17-06-2026, 18:42
    Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
  • 17-06-2026, 11:16
    Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
  • 17-06-2026, 10:40
    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • 17-06-2026, 10:38
    Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb
  • 17-06-2026, 10:36
    Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
  • 16-06-2026, 16:02
    Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası elektronlaşdırılır
  • 16-06-2026, 12:41
    Fərhan Əliyev – Peşəkarlıq, məsuliyyət və inkişaf yolunun uğurlu rəhbəri
  • 16-06-2026, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • 16-06-2026, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
  • 16-06-2026, 10:24
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • 15-06-2026, 14:21
    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
  • 15-06-2026, 08:50
    İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
  • 15-06-2026, 08:43
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2026, 10:47
    DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
  • 14-06-2026, 10:45
    Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...