HƏMAS-ın Qəzzadakı lideri hərəkatın tərksilah edilməsinə qarşı çıxıb
Sosial
Dünən, 09:45
8

"Report"un məlumatına görə, onun videomüraciəti Qətərin "Al Jazeera" telekanalı tərəfindən yayımlanıb.
"HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır", - əl-Həyya deyib.
O, həmçinin bildirib ki, İsrailin son təklifində “məqbul olmayan şərtlər” var.
Əl-Həyya qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı vasitəçilərin martın sonunda irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb, İsrail isə şərtlərdən imtina edib.