Belçikanın baş naziri və müdafiə naziri Ukraynaya gedib
Sosial
8-04-2025, 09:32
25

"Report"-un məlumatına görə, bu barədə onlar sosial şəbəkə səhifələrində bildiriblər.
"Biz Ukraynaya doğru yoldayıq", - deyə De Vever öz instaqramında yazıb.
Franken də X sosial şəbəkəsində baş nazirlə birgə foto paylaşaraq, birgə səfəri elan edib. "Baş nazirimizlə birlikdə Ukraynaya doğru hərəkət edirik, avropalıların ən cəsurlarını hər cür dəstəkləyirik", - mesajda bildirilib.
Xatırladaq ki, 2025-ci il fevralın 3-də Belçikada parlament seçkilərindən təxminən səkkiz ay sonra hökumətin yeni tərkibi and içib. Belçikanın yeni baş naziri sağ mərkəzçi "Yeni Flamand Alyansı" siyasi partiyasından olan Bart De Vever olub.