Polşa Belarusla sərhəddə elektron maneənin quraşdırılmasını başa çatdırıb
Sosial
6-04-2025, 17:59
28

"Report"un məlumatına görə, bu barədə Polşa Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Sərhəd Mühafizə Xidməti Svisloç və İstoçanka çaylarında quraşdırılmış elektron baryeri istifadəyə verib", – nazirliyin paylaşımında qeyd olunub.
Xatırladaq ki, bir həftə öncə sərhəd xidməti Belarusla sərhəddəki hasar boyunca elektron baryerin modernləşdirilməsi işlərinin başa çatdığı barədə məlumat vermişdi.