Prezident: Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var
Sosial
2-04-2025, 14:20
26

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.
“Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, - deyə dövlət başçısı vurğulayıb.