
Heydər İlham oğlu Əliyev 3 avqust 1997-ci ildə anadan olub.
Heydər Əliyev ali təhsilini ADA Universitetində alıb. Təhsil aldığı illərdə müəllimləri, tələbə yoldaşları və dostları onu yüksək intellektə malik, savadlı, təvazökar, mədəni və nümunəvi davranışı ilə seçilən bir gənc kimi xarakterizə ediblər. Onun ətrafındakılarla səmimi münasibəti, məsuliyyətli yanaşması və yüksək mənəvi keyfiyyətləri hər zaman xüsusi rəğbətlə qarşılanıb.
Heydər Əliyevə orta məktəbdə ingilis dili fənnini tədris etmiş Konqolu müəllim Manto da illər əvvəl verdiyi açıqlamalarda onun haqqında xoş fikirlər səsləndirmişdi.
Müəllim Manto qeyd etmişdi: "Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu. Çox ağıllı, dərrakəli uşaq idi. Cəld işləyirdi, nümunəvi davranırdı, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi."
Müəllim həmçinin Heydər Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini də xüsusi vurğulamışdı.
Heydər İlham oğlu Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və gələcək həyatında daim uğurlar arzulayırıq.
Memurtv.az redaksiya heyətindən təbrik:
Memurtv.az redaksiya heyəti adından Heydər İlham oğlu Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və bütün fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Yeni yaşının sevinc, uğur və xoş günlərlə yadda qalmasını diləyir, ad gününü ürəkdən təbrik edirik.
Amid Əliyev
Baş redaktor
AJB-nin üzvü![]()
![]()
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.
sosial sebeke

















