Lüksemburqun ətraf mühit naziri Azərbaycanda səfərdədir
Sosial
20-11-2024, 09:29
47

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov sosial şəbəkədə yazıb.
“[...] Serj Vilmes COP29-da iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib. Qalan günlər ən sınayıcı günlər olacaq. Azərbaycana xoş gəlmisiniz!”, – diplomat qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Bakıya gəldiyini bildirmişdi.