SOCAR hasilat və LNG sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır
Sosial
6-06-2024, 10:53
143
 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatı və mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatı və mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova Bakı Enerji Forumunun II günündə bildirib.
“Neft-qaz hasilatı sektorunda layihələr portfelimizi inkişaf etdirir və genişləndiririk. Birləşmiş Ərəb Əmirliklərində neft layihəsində 3 %-lik payın alınması bunun bariz nümunəsidir. Lakin biz hasilat və LNG sahələrində başqa layihələr də planlaşdırırıq”, - o vurğulayıb.




















