İtaliya səfiri ADA Universitetinin rektoru ilə görüşüb
Sosial
4-06-2024, 09:30
136

“Report” xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.
“Səfir Luka di Canfrançesko xanımı Vayame Bunejar ilə birlikdə ADA Universitetində olub və rektor Hafiz Paşayevlə görüşüb. Söhbət zamanı İtaliya–Azərbaycan Universitetinin 2022-ci ildən etibarən İtaliyanın 5 universiteti ilə birgə təşkil edilən kurslarından bəhs edilib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.