Bu ölkə mövqeyini dəyişdi, Putini dəvət etdi - "JB Press" » Memur.az

Bu ölkə mövqeyini dəyişdi, Putini dəvət etdi - "JB Press"

Bu ölkə mövqeyini dəyişdi, Putini dəvət etdi - "JB Press"Vyetnam Ukraynadakı münaqişəyə münasibətdə neytral mövqeyini dəyişib, bunu Putinin Hanoya dəvət edilməsi sübut edir.

Memur.az xəbər verir ki, bunu Yaponiyanın "JB Press" nəşri yazıb.

Qeyd olunub ki, Vyetnam hərbi rəhbərliyi Amerika qoşunları ilə toqquşma təcrübəsindən bilir ki, quru müharibələrinin nəticəsi - məsələn, Ukraynada - canlı qüvvənin sayı və tərəflərin əhval-ruhiyyəsi ilə müəyyən edilir və buna görə də vyetnamlılar Moskvanın qələbəsinə əmindir:

"Bu amili, eləcə də Vaşinqtonla münasibətlərin pisləşməsini nəzərə alan Vyetnam hökuməti, nəhayət, tərəf seçib və Putindən ölkəyə səfər etməyi xahiş edib. Bu dəvətin Ukraynaya qarşı neytral qalan digər ölkələrə də təsir edə biləcəyi ehtimalı var. Beləliklə, onlar öz diplomatik mövqelərinə yenidən baxa bilərlər".