
“Bəzi məsələlər var ki, onu aidiyyəti qurumlara desək də həll olunmur”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
“65 yaş məsələsi çox ciddi problemə çevrilib. Əgər şəhid ailə üzvlərinin 65 yaşı tamam olubsa, o, Vətən üçün qəhrəman yetişdirib, onun 1 il əlavə işləməsi üçün ailə üzvü özü müraciət etməməlidir. Aidiyyəti qurumlara müraciət etdik, amma mən özüm də utandım. Düzdür, qurumlar müraciətə operativ yanaşdı, amma dərsə 1 gün qalmış şəhid anası bildi ki, ona dərs saatı verməyiblər.
Universitet və orta məktəbdə işləyən şəhid ailə üzvləri, xüsusilə də şəhid valideynləri 65 yaşı tamam olduqda onların əmək fəaliyyətlərini davam etdirmələrinə şərait yaradılmalıdır. Qanunvericilikdə 65 son həddir. Şəhid ailə üzvləri, xüsusilə şəhid valideynləri üçün ayrıca, avtomatik tətbiq olunan norma mövcud deyil. Məncə, biz bunu həll edə bilərik”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
sosial sebeke

















