"AzərEnerji" ASC və "TotalEnergies" şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
"MemurTv.az" səhmdar cəmiyyətə istinadən xəbər verir ki, bu barədə müzakirələr "AzərEnerji"nin İdarə Heyətinin sədri Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə "TotalEnergies"in idarəedici direktoru Emmanuel De Guillebonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Azərbaycanda yeni inşa olunacaq Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulması, bununla bağlı texniki məsələlər və enerji təminatının təşkili məsələləri xüsusi diqqət mərkəzində olub.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və enerji layihələrinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
"AzərEnerji" "TotalEnergies" ilə əməkdaşlıq məsələlərini müzakirə edib
sosial sebeke

















