Azərbaycan ADB ilə dəmir yolu sektorunda gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

sosial sebeke

Azərbaycan ADB ilə dəmir yolu sektorunda gələcək əməkdaşlıq imkanlarını müzakirə edib"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) arasında mövcud əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı, dəmir yolu sektorunda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

"MemurTv.az" ADY-ə istinadən xəbər verir ki, müzakirələr ADB-nin Direktorlar Şurasının üzvlərinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Bildirilib ki, ADY nümayəndələri qonaqlara Azərbaycanın dəmir yolu sisteminin inkişafı, sərnişin daşımalarında tətbiq olunan müasir həllər və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.

ADY ölkənin nəqliyyat bağlantılarının gücləndirilməsi, dayanıqlı və rəqəmsal nəqliyyat həllərinin tətbiqi, eləcə də sərnişinlərə rahat və təhlükəsiz xidmətlərin göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Daha sonra ADB Direktorlar Şurasının üzvləri ADY-nin sərnişin xidmətlərindən istifadə edərək qatarla Gəncə şəhərinə yola düşüblər.

"Səfər Azərbaycanın dəmir yolu infrastrukturunun və sərnişin daşımaları sahəsində tətbiq olunan müasir yanaşmaların beynəlxalq tərəfdaşlara təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb", - məlumatda deyilir.

SON XƏBƏRLƏR