Gürcüstanın Baş prokuroru: Kamran Əliyevlə fikir mübadiləmiz iki ölkə arasında əməkdaşlığa töhvə verir

sosial sebeke

Gürcüstanın Baş prokuroru: Kamran Əliyevlə fikir mübadiləmiz iki ölkə arasında əməkdaşlığa töhvə verirAzərbaycanın Baş prokuroru Kamran Əliyevlə aparılan fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığa töhvə verir.

Bu sözləri "MemurTv.az"a açıqlamasında Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.

O bildirib ki, bu gün Azərbaycana səfər edib və Baş Prokurorluqda olub:

"Məni Azərbaycana dəvət etdiyinə görə Kamran Əliyevə təşəkkür edirəm. Bizim çox yaxın münasibətlərimiz var. Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq mövcuddur. Bizim dostluğumuz iki ölkə arasında əməkdaşlığa töhfəsini verir. Rəsmi səfər çərçivəsində görüşlərimiz oldu. Fikir mübadiləsi apardıq. Bu da bizim ölkələr arasındakı əməkdaşlığa öz töhfəsini verir".

Giorgi Qvarakidze deyib ki, iki ölkə arasında həm əməkdaşlıq, həm də beynəlxalq yardım sahələri üzrə uğurlu göstəricilər var:

"Bu cür səfərlər iki ölkə arasında hüquq-mühafizə orqanları, prokurluqlar arasında əməkdaşlığa və xalqların dostluğuna töhfə verir".

SON XƏBƏRLƏR