Azərbaycan və Yunanıstan iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə edib.
"MemurTv.az " xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Yunanıstanın Azərbaycandakı səfiri Mariya Papakonstantinu Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevlə görüşüb.
Görüş zamanı tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə ediblər.
"Bundan başqa, 2004-cü ildən Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzinin Yunanıstan və Azərbaycan arasında mədəni və təhsil əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rolu vurğulanıb", - məlumatda bildirilib.
Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
sosial sebeke

















