Ramin Məmmədov Kəlbəcər və Laçından olan vətəndaşları qəbul edəcək

sosial sebeke

Ramin Məmmədov Kəlbəcər və Laçından olan vətəndaşları qəbul edəcəkDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "MemurTv.az"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul avqustun 3-ü saat 11:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-zengezur@scara.gov.az) müraciət etmələri xahiş olunub.

SON XƏBƏRLƏR