Kənd Təsərrüfatı Nazirliyinin (KTN) əməkdaşı Günay Həsənli İtaliyada Aqrar, Ətraf Mühit və Qida Elmləri və Texnologiyaları Proqramı (AƏMQET) üzrə dövlət proqramı vasitəsilə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub.
"MemurTv.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, o, 2022-ci ildə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində İtaliyanın Bolonya Universitetində doktorantura təhsilinə başlayıb, ADA Universiteti və İtaliya-Azərbaycan Universitetinin birgə lahiyəsi çərçivəsində Bolonya Universiteti ilə tədqiqat işlərini davam etdirib, aqrar, ətraf mühit və qida elmləri və texnologiyaları istiqamətində doktorantura təhsilini uğurla başa vuraraq PhD elmi dərəcəsi alıb.
Hazırda G.Həsənli nazirliyə məxsus "Aqroservis" ASC-nin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin Vizuallaşdırma və Hesabatlılıq bölməsinin rəhbəri vəzifəsində çalışır.
"Bu uğur Azərbaycan qadınının elm və təhsil sahəsində beynəlxalq səviyyədə qazandığı nailiyyətlərin daha bir nümunəsidir", - deyə nazirlik bəyan edib.
KTN-in əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
sosial sebeke

















