Türkiyə XİN: İsrailin "Əl-Əqsa" məscidinə hücumunu qınayırıq

sosial sebeke

Türkiyə XİN: İsrailin "Əl-Əqsa" məscidinə hücumunu qınayırıqTürkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin "Əl-Əqsa" məscidinə hücumunu qınayıb.

"MemurTv.az" xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

"İsrailli bir nazirin təhlükəsizlik qüvvələrinin mühafizəsi altında Əl-Əqsa məscidinə təşkil etdiyi basqını ən qəti şəkildə qınayırıq", - bəyanatda bildirilib və qeyd olunub ki, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunu pozmaq qanuna ziddir.

Türkiyə XİN-dən bildirilib ki, təxribat xarakterli hərəkətlərin qarşısının alınmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da "X" sosial şəbəkə hesabında İsrailin bu məscidə hücumunu qınayıb:

"Məscidül-Əqsanın müqəddəsliyini hədəf alan heç bir cəhd qəbul edilə bilməz".

Xatırladaq ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir cümə axşamı Qüdsün müqəddəs məkanına basqın edən minlərlə yəhudiyə qoşulub.

SON XƏBƏRLƏR