Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında nəqliyyat, logistika və beynəlxalq tranzit sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradıb.
Bu fikirləri "MemurTv.az"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, İlham Əliyevin Almaniyada səsləndirdiyi bəyanatlar göstərir ki, ikitərəfli əməkdaşlıq yalnız siyasi dialoq və enerji sahəsi ilə məhdudlaşmır:
"Müasir geosiyasi reallıqlar fonunda nəqliyyat, logistika və beynəlxalq tranzit əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa ilə Orta Asiya arasında körpü rolunun güclənməsi ölkəmizin beynəlxalq nəqliyyat sistemində mövqeyini daha da möhkəmləndirir."Onun sözlərinə görə, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Orta Dəhlizdə artan rolu ölkəni Avrasiya məkanının əsas tranzit mərkəzlərindən birinə çevirib.
Deputat qeyd edib ki, Almaniyanın logistika və nəqliyyat texnologiyaları sahəsində zəngin təcrübəsi Azərbaycanın həyata keçirdiyi layihələrə yeni texnologiyaların tətbiqinə, logistika xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və yükdaşımalarının səmərəliliyinin artırılmasına töhfə verə bilər.
Ş. Seyidzadə bildirib ki, son illərdə nəqliyyat infrastrukturuna yatırılan investisiyalar, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları və Qarabağda həyata keçirilən layihələr Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb.
Deputatın sözlərinə görə, Almaniyada keçirilən görüşlər zamanı Birgə Bəyannamənin icrası üçün fəaliyyət planının hazırlanması və işçi qruplarının yaradılması əməkdaşlığın praktiki nəticələrinin əldə olunmasına imkan verəcək.
İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlıq üçün yeni imkanlar açır - RƏY
sosial sebeke

















