Rubio Lavrova Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasının vacibliyini bildirib - YENİLƏNİB

sosial sebeke

Rubio Lavrova Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasının vacibliyini bildirib - YENİLƏNİBABŞ Dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı Ukraynadakı müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb.

"MemurTv.az" xəbər verir ki, bu barədə Rubionun "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

"Bu gün ASEAN nazirlər görüşü çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüm. Biz ABŞ və Rusiya arasındakı münasibətləri, eləcə də Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılmasının vacibliyini müzakirə etdik", - o qeyd edib.

10:26

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar zamanı ölkəsinin Ukraynadakı münaqişənin nizamlanmasına hazır olduğunu və Ankoricdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.

"MemurTv.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Lavrov və Rubionun Maniladakı görüşünün yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

"Lavrov Rusiya tərəfinin münaqişənin siyasi-diplomatik yolla nizamlanmasına hazır olduğunu və prezidentlər Vladimir Putinlə Donald Trampın Ankoricdə keçirilmiş görüşündə ABŞ tərəfinin irəli sürdüyü təkliflərə sadiqliyini bir daha təsdiqləyib", - XİN-dən bildirilib.

Bundan başqa, Lavrov və Rubio Rusiya ilə ABŞ-nin diplomatik missiyalarının iş şəraitinin normallaşdırılmasını müzakirə edib, habelə təmasları davam etdirməklə bağlı razılığa gəliblər.

"Xarici İşlər nazirliklərinin xətti ilə, o cümlədən iki ölkənin beynəlxalq təşkilatların işində iştirakı çərçivəsində təmasların davam etdirilməsi barədə razılıq əldə olunub", - XİN-dən qeyd edilib.

SON XƏBƏRLƏR