Azərbaycan və Almaniya bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin müddəalarının icrası üçün işçi qrupları yaratmağı planlaşdırır.
"MemurTv.az"ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, müxtəlif sahələr üzrə artıq konkret fəaliyyət planları hazırlanıb:
"Bugünkü bəyannamədə konkret bəndlər və planlar da öz əksini tapıb. Bu gün imzalanmış sənədlərin mümkün qədər tez icrasını təmin etmək üçün bir neçə işçi qrupu yaradılacaq".
İlham Əliyev: Almaniya ilə imzalanmış sənədlərin ən qısa zamanda icrası üçün işçi qrupları yaradılacaq
sosial sebeke

















