Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında vergi siyasəti və vergi inzibatçılığı sahəsində ölkədə həyata keçirilən islahatlar müzakirə edilib.
"MemurTv.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Səməd Bəşirlinin IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşündə baş tutub.
Tərəflər həmçinin cari və ortamüddətli dövr üzrə iqtisadi proqnozlar, struktur islahatları, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafından fikir mübadiləsi aparıb.
Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi və yeni alətlərin tətbiqi, qeyri-neft-qaz sektorunda investisiya siyasətləri barədə məlumat verilib, beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq imkanları qeyd olunub.
Azərbaycan və IMF vergi inzibatçılığı sahəsindəki islahatları müzakirə edib
sosial sebeke

















