Milli Məclisdə ictimai dinləmə Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkil ediləcək

sosial sebeke

Milli Məclisdə ictimai dinləmə Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkil ediləcəkMilli Məclisdə ictimai dinləmə və ya ictimai müzakirə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkil ediləcək.

"MemurTv.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilmə tarixi barədə məlumatlandırılma həmin informasiya sistemi vasitəsilə təmin ediləcək.

SON XƏBƏRLƏR