Azərbaycan BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib.
MemurTv.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasının açılış sessiyasında çıxış etmək və Azərbaycanın milli bəyanatını təqdim etmək mənim üçün böyük şərəf idi. Milli bəyanatda şəhərsalma siyasətimizin beş əsas prioritetini - rahat və əlçatan yaşayış mühitinin yaradılması, müasir planlaşdırma, rəqəmsallaşma, iqlim dayanıqlılığı və gələcəyə hazır şəhərlərin formalaşdırılmasını diqqətə çatdırdım. Həmçinin vurğuladım ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası əlavə bir prinsip - "Daha Yaxşı Yenidənqurma" əsasında həyata keçirilir. Bu yanaşma bizim üçün təkcə infrastrukturun bərpası deyil, həm də uzunmüddətli sülhün və yüksək həyat keyfiyyətinin əsasının qoyulması deməkdir", - o vurğulayıb.
A.Quliyev qeyd edib ki, bu prioritetlər artıq konkret fəaliyyətə çevrilir: "Ölkə şəhərlərinin 86 %-indən çoxu üzrə yenilənmiş baş planlar hazırlanıb. Növbəti mühüm mərhələ isə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın Milli Şəhərsalma Siyasətinin hazırlanmasıdır".
Anar Quliyev BMT-də Azərbaycanın şəhərsalma prioritetlərini təqdim edib
sosial sebeke

















