ASCO Dünya Bankı ilə külək enerjisi layihələrinin gəmi-logistika təminatını müzakirə edib

sosial sebeke

ASCO Dünya Bankı ilə külək enerjisi layihələrinin gəmi-logistika təminatını müzakirə edib"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə Dünya Bankı dənizdə külək enerjisi layihələrinin gəmi-logistika təminatını müzakirə edib.

"MemurTv.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, müzakirələr ASCO-nun nümayəndələri ilə Dünya Bankının ekspert heyəti arasında görüşdə aparılıb.

Məlumata əsasən, görüşdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi də iştirak edib.

Bildirilib ki, görüşdə Xəzər dənizində həyata keçirilməsi nəzərdə tutulan külək enerjisi layihələrinin icrası çərçivəsində yarana biləcək gəmi xidmətlərinə dair ehtiyaclar müzakirə olunub: "Bu çərçivədə ASCO-nun ixtisaslaşmış donanmasının imkanları, layihələrin müxtəlif mərhələlərində istifadə oluna biləcək gəmi tipləri, eləcə də dənizdə tikinti və quraşdırma işlərinin logistik təminatı məsələləri nəzərdən keçirilib".

SON XƏBƏRLƏR