OPEC və qeyri-OPEC ölkələri arasında Əməkdaşlıq Xartiyası çərçivəsində Texniki Komitənin ilk iclasının Bakıda keçirilməsi təsadüfi seçim deyil.
"MemurTv.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
Onun sözlərinə görə, bu qərar Azərbaycanın həm qlobal enerji sənayesinin tarixində, həm də müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək qiymətin göstəricisidir: "Texniki Komitənin ilk iclasının məhz Bakıda keçirilməsi Azərbaycanın dünya enerji sənayesinin tarixində və müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək dəyərin ifadəsidir. Azərbaycanın "OPEC+" təşəbbüsündə uzun illərdir ki, fəal iştirakı ölkə ilə təşkilat arasında əməkdaşlığın uğurla inkişaf etdiyini göstərir".
Nazir həmçinin xatırladıb ki, OPEC-in Vyanadakı mənzil-qərargahında 1846-cı ildə Bibiheybətdə qazılmış dünyanın ilk sənaye üsullu neft quyusunun təsviri nümayiş etdirilir ki, bu da Azərbaycanın qlobal neft tarixindəki xüsusi yerinin təsdiqidir.
Pərviz Şahbazov: "OPEC+"la bağlı tədbirin Bakıda keçirilməsi təsadüfi seçim deyil"
sosial sebeke

















