"Big Energy": Azərbaycan və ABŞ prezidentləri yanacaq-energetika kompleksinin inkişafı üzrə vahid baxış nümayiş etdirirlər

sosial sebeke

"Big Energy": Azərbaycan və ABŞ prezidentləri yanacaq-energetika kompleksinin inkişafı üzrə vahid baxış nümayiş etdirirlərAzərbaycan Prezidenti İlham Əliyev də ABŞ Prezidenti Donald Tramp kimi öz ölkəsinin enerji potensialını, ilk növbədə, neft-qaz sektorunda gücləndirməklə bağlı kursa sadiqdir.

"MemurTv.az" xəbər verir ki, bu barədə jurnalist Xavyer Manxarresin "Big Energy" nəşri üçün materialında bildirilib.

Onun sözlərinə görə, İlham Əliyev energetika sahəsində "Azərbaycanı yenidən böyük etməyə" can atır və ölkənin regional enerji bazarındakı mövqelərini genişləndirmək və möhkəmləndirmək üçün ABŞ ilə tərəfdaşlığı inkişaf etdirir.

Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti Şuşada keçirilən IV Qlobal Media Forumu zamanı ABŞ ilə bu yaxınlarda bağlanmış, məbləği 8 milyard dollardan çox olan enerji razılaşmaları barədə danışıb.

Florida qubernatoru postuna namizədliyini irəli sürən respublikaçı konqresmen Bayron Donalds Bakı və Vaşinqton arasında əməkdaşlığın inkişafını alqışlayıb.

"Biz Prezident Trampın liderliyi sayəsində enerji üstünlüyümüzü və ABŞ sənayesini gücləndirən yeni tərəfdaşlıqlar yaradırıq", - B.Donalds "Big Energy" nəşrinə şərhində bildirib.

SON XƏBƏRLƏR