Serbiya 2027-ci ilin ortalarınadək nüvə proqramının birinci mərhələsini başa çatdıracaq.
"MemurTv.az"ın Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Nüvə Enerjisi Proqramının Həyata Keçirilməsi üzrə Milli Orqanın (NEPIO) rolu və məsuliyyətlərinə həsr olunmuş seminarda bildirib.
O qeyd edib ki, məqsəd gələn ilin ortalarınadək nüvə proqramının birinci mərhələsini başa çatdırmaq, 2035-ci ilədək isə ilk nüvə qurğusunun tikintisinə başlamaqdır.
Nazir vurğulayıb ki, Serbiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) standartlarına uyğun olaraq nüvə proqramını məsuliyyətli və mərhələli şəkildə inkişaf etdirir.
"Gələn ilin ortalarınadək nüvə proqramının gələcək inkişafı ilə bağlı əsaslandırılmış qərarın qəbul edilməsi üçün zəruri olan bütün məlumatlara malik olacağıq. 2032-ci ilədək institusional, tənzimləyici və peşəkar baxımdan texnologiyanı seçmək və tikinti prosesinə başlamaq üçün tam hazır olacağıq ki, 2035-ci ilədək tikintiyə start verilsin", - Handanoviç bildirib.
Serbiya gələn ilin ortalarınadək nüvə proqramının ilk mərhələsini başa çatdıracaq
sosial sebeke

















