Kütləvi informasiya vasitələri müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılması istiqamətindəki səylərdə əvəzolunmaz rol oynayıb.
"MemurTv.az" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda bildirib.
"Son üç ildə Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılmasında əhəmiyyətli irəliləyişə nail olub. Şübhəsiz ki, kütləvi informasiya vasitələri bu səylərdə əvəzolunmaz rol oynayıb", - A.Abbasov bildirib.
O vurğulayıb ki, jurnalistlərin işə sadiqliyi, peşəkarlığı və səyləri qlobal məlumatlılığın artırılmasında vacib rol oynayır:
"Sizin peşəniz dürüstlük tələb edir. Bu, tez-tez yüksək təzyiq və sıx vaxt qrafiki şəraitində işləməyi tələb edən dinamik bir sahədir. Biz ictimai məlumatlılığın artırılması və cəmiyyətlərin məlumatlandırılması üçün həlledici əhəmiyyət kəsb edən bu işə sadiqliyinizi və məsuliyyətinizi yüksək qiymətləndiririk".
Abbas Abbasov: Media dekolonizasiyanın təşviqində əsas rol oynayıb
sosial sebeke

















