Vətənə və xalqa xidmət nümunəsi: İş adamı İlham Hüseynovun xeyirxah əməlləri hər kəsə örnəkdir

sosial sebeke

Vətənə və xalqa xidmət nümunəsi: İş adamı İlham Hüseynovun xeyirxah əməlləri hər kəsə örnəkdir
Cəmiyyətin inkişafında, insanların rifahının yüksəldilməsində və yaşadıqları mühitin daha abad, daha rahat olması istiqamətində xeyirxah təşəbbüslər göstərən iş adamlarının fəaliyyəti hər zaman yüksək qiymətləndirilir. Belə insanların gördüyü işlər yalnız maddi dəstək deyil, həm də vətəndaş məsuliyyətinin, vətən sevgisinin və sosial həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirilir. Bu baxımdan vətənpərvər iş adamı İlham Hüseynov həyata keçirdiyi xeyirxah təşəbbüslərlə sakinlərin rəğbətini qazanan nüfuzlu sahibkarlardan biridir.
İlham Hüseynovun təşəbbüsü və birbaşa göstərişi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində məhəllədaxili yolların asfaltlanması və abadlıq işlərinin həyata keçirilməsi yerli sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır. Uzun müddət istifadədən köhnəlmiş yolların yenilənməsi, ərazinin abadlaşdırılması və insanların gündəlik hərəkəti üçün əlverişli şəraitin yaradılması həmin məhəllədə yaşayan ailələrin həyat keyfiyyətinə müsbət təsir göstərmişdir.
Məhəllədaxili yolların müasir tələblərə uyğun asfaltlanması təkcə nəqliyyat vasitələrinin rahat hərəkətinə deyil, eyni zamanda piyadaların təhlükəsiz gediş-gəlişinə də geniş imkan yaratmışdır. Yağışlı havalarda yaranan palçıq, çala-çuxurlar və digər narahatlıqlar artıq aradan qaldırılmış, sakinlər daha rahat və təhlükəsiz mühitdə yaşamaq imkanı əldə etmişlər. Bu isə İlham Hüseynovun cəmiyyətə faydalı təşəbbüslərə xüsusi həssaslıqla yanaşmasının göstəricisidir.
Sakinlər qeyd edirlər ki, görülən abadlıq işləri onların uzun illər gözlədikləri problemlərin həllinə səbəb olmuşdur. Məhz buna görə də İlham müəllimin adı məhəllə sakinləri tərəfindən hörmət və minnətdarlıq hissi ilə çəkilir. İnsanların razılığı və xeyir-duası hər bir xeyirxah insan üçün ən böyük mükafatdır.
İlham Hüseynov sahibkarlığın yalnız iqtisadi fəaliyyət olmadığını, eyni zamanda cəmiyyət qarşısında məsuliyyət daşıyan bir missiya olduğunu öz fəaliyyəti ilə nümayiş etdirir. O hesab edir ki, sahibkar qazandığı uğurları cəmiyyətlə bölüşməli, insanların rifahına töhfə verməli və sosial layihələrdə fəal iştirak etməlidir. Bu yanaşma onun fəaliyyətində daim hiss olunur.
Azərbaycan Respublikasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi son illərdə iqtisadi inkişafın əsas istiqamətlərindən biri olmuşdur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti və göstərilən dövlət qayğısı ölkədə sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. İlham Hüseynov da bu siyasəti yüksək qiymətləndirərək dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğını öz fəaliyyəti ilə dəstəkləyən iş adamlarından biri kimi tanınır.
Vətənə və xalqa xidmət nümunəsi: İş adamı İlham Hüseynovun xeyirxah əməlləri hər kəsə örnəkdir
O, hesab edir ki, dövlətin sahibkarlara yaratdığı imkanlardan səmərəli istifadə etməklə yanaşı, cəmiyyətə faydalı olmaq da hər bir sahibkarın mənəvi borcudur. Məhz bu düşüncə ilə İlham müəllim sosial layihələrdə, abadlıq işlərində və xeyriyyə tədbirlərində fəal iştirak edir.
İlham Hüseynovun fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin ailələrinin və sağlamlığını itirmiş qazilərimizin daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olması mühüm əhəmiyyət daşıyır. İlham müəllim də bu müqəddəs amalın həyata keçirilməsində öz imkanları daxilində daim dəstək göstərməyə çalışır.
Şəhid ailələrinin problemləri ilə maraqlanması, qazilərə maddi və mənəvi kömək göstərməsi onun yüksək vətəndaşlıq mövqeyindən xəbər verir. Belə xeyirxah addımlar cəmiyyətimizdə həmrəyliyin, milli birliyin və vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.
Vətən sevgisi təkcə sözlə deyil, əməli fəaliyyətlə də öz təsdiqini tapmalıdır. İlham Hüseynov məhz gördüyü işlərlə bu prinsipi həyata keçirən insanlardandır. O, abadlaşdırılan hər küçədə, rahatlaşdırılan hər yolda, sevindirilən hər ailədə öz vətəndaşlıq məsuliyyətini nümayiş etdirir.
Bu gün Yasamal rayonunun Şərifzadə küçəsində həyata keçirilən abadlıq işləri bunun ən gözəl nümunələrindən biridir. Sakinlərin rahatlığı üçün görülən bu işlər göstərir ki, cəmiyyətin inkişafına verilən hər bir töhfə insanların gündəlik həyatında öz real nəticəsini göstərir. Belə təşəbbüslər şəhər mühitinin daha gözəl və müasir olmasına da xidmət edir.
İlham Hüseynov insanlarla səmimi münasibəti, sadəliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən iş adamlarından biridir. Onun həyata keçirdiyi sosial layihələr göstərir ki, uğurlu sahibkarlıq fəaliyyəti ilə yanaşı, cəmiyyətə xidmət etmək də böyük dəyər daşıyır.
Bu gün ölkəmizdə dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsi, sosial məsuliyyətin artırılması və milli həmrəyliyin gücləndirilməsi istiqamətində belə təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. İlham Hüseynovun fəaliyyəti də bu baxımdan nümunə göstərilə biləcək xeyirxah əməllər sırasındadır.
Əminliklə demək olar ki, insanların rifahına xidmət edən, şəhid ailələri və qazilərin yanında olan, yaşadığı mühitin abadlaşmasına töhfə verən belə vətənpərvər sahibkarların fəaliyyəti cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndiriləcək. Yasamal rayonunun Şərifzadə küçəsində həyata keçirilən asfaltlama və abadlıq işləri də İlham Hüseynovun sosial məsuliyyətə verdiyi önəmin və insanlara xidmət amalının növbəti təzahürü kimi yadda qalacaq. Belə xeyirxah təşəbbüslər həm sakinlərin rəğbətini qazanır, həm də cəmiyyətimizdə xeyirxahlıq və vətəndaş həmrəyliyi ənənələrinin daha da güclənməsinə öz töhfəsini verir.

Amid Əliyev
“Memur.TV-nin rəhbəri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Qızıl qələm” mükafatçısı

SON XƏBƏRLƏR