Rəşad Nəbiyev Beyləqanda vətəndaşları qəbul edib » Memur.az

Rəşad Nəbiyev Beyləqanda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Beyləqanda vətəndaşları qəbul edibRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beyləqan şəhərində İmişli, Saatlı, Sabirabad, Xocavənd və Beyləqan rayonlarının sakinləri ilə görüşüb.

"Report" xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsində hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - R.Nəbiyev qeyd edib.