Putin daxili bazarda yanacaq qıtlığının kritik olmadığını bildirib

sosial sebeke

Putin daxili bazarda yanacaq qıtlığının kritik olmadığını bildiribRusiya Prezidenti Vladimir Putin enerji infrastrukturuna edilən hücumlardan sonra daxili bazarda yaranan yanacaq qıtlığının kritik olmadığını bildirib.

"MemurTv.az"ın məlumatına görə, bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

Rusiya liderinin sözlərinə görə, vəziyyəti sabitləşdirmək üçün neft emalı zavodlarında təmir işlərinin başa çatdırılmasını sürətləndirmək, neft məhsullarının idxalını artırmaq, enerji infrastrukturu obyektlərinin mühafizəsini gücləndirmək və müasir hava hücumundan müdafiə sistemlərinin istehsalını artırmaq lazımdır.

Putin həmçinin Ukraynadakı münaqişənin həlli ilə bağlı bir neçə sahədə təmasların davam etdiyini açıqlayıb. O, danışıqlar prosesinin bir hissəsi olaraq yeni təkliflərin ortaya çıxdığını da əlavə edib.

SON XƏBƏRLƏR